15 C
Baku
Friday, April 26, 2024

Mənzil alqı-satqısında yenilik – Yeni imkanlar tətbiq olundu

“Mobil notariat” tətbiqinin imkanları genişləndirilib. Artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək və ipotekaya qoymaq işlərini notariat ofislərinə getmədən həll etmək mümkün olacaq.

Məsələ ilə bağlı “Xəzər” TV süjet hazırlayıb.

Xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə də ehtiyac qalmayacaq.

Artıq daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnaməni “Mobil notariat” tətbiqi vasitəsilə rəsmiləşdirmək mümkündür.

Tətbiqdəki yenilik vətəndaşlara olduğu yeri tərk etmədən, həftənin bütün günləri 24 saat ərzində notariat xidmətlərdən yararlanma imkanı yaradacaq. Bununla yanaşı xaricdə yaşayan soydaşlarımızın notariat xidmətlərindən istifadə etmək üçün ölkəyə gəlmələrinə ehtiyac qalmayacaq.

Həmçinin, “Mobil notariat” vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada əldə edə bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər