9 C
Baku
Thursday, December 12, 2024

Mənzil bazarında vəziyyət necədir?

“Daşınmaz əmlak bazarında alqı-satqı manatla bank vasitəsilə aparılır. Alıcılardakı vəsaitlər isə əsasən dollarladır. Əmlakı almaq üçün onlar dollar vəsaitlərini manata çevirib satıcının bank hesabına yatırmalıdılar. Satıcılar isə pulu çıxaranda həmin vəsaitləri əsasən dollara çevirirlər. Üstəlikdə əmlak alqı-satqısı prosesi az vaxt aparmır və sövdələşmə üzrə razılaşma dövründən (o cümlədən behləşmədən) alqı-satqı anına kimi olan dövrdə məzənnə ilə bağlı dəyişikliklərin olması riski artırır. Belə şəraitdə satıcılar çox vaxt riskə getmək istəmirlər, çünki bilmirlər alqı-satqı anında məzənnə necə olacaq. Və yaxud da alacaqları manat vəsaitlərini sərfəli şərtlə istifadə edəcəklərmi? Dollar aktivləri olan alıcılar isə daha komfortlu şəraitdədilər. Buna görədə valyuta mübadiləsi və məzənnədəki problemlər əmlak bazarına bir neçə aydı mənfi təsir edir. ”.

Bunu Publika.aza açıqlamasında iqtisadçı-ekspert Rəşad Əliyev deyib.

Ekspert bildirib ki, valyuta bazarındakı qeyri-müəyyənlik bazara mənfi təsir edib və bazardakı aktivlik aşağı düşüb:

“Satıcılara belə şəraitdə ev satmaq riskli olduğundan sərf etmir. Alıcılara gəlincə, manatın məzənnəsinin zəifləməsi onları üstün mövqeyə salır”.rashad aliyev e1482728551658

Ekspert bildirir ki, hazırda bazarda müəyyən təklif qıtlığı yaranıb. Onun sözlərinə görə alqı-satqı ilə məşğul olan rieltorların bir hissəsi bunu təsdiqləyir. Ancaq elə rieltorlar da var ki, ümumiyyətlə təkliflərin azalmasını müşahidə etmirlər. Ancaq hər iki qrup təsdiqləyir ki, valyuta bazarındakı böhran zamanı bir çox alqı-satqı əməliyyatlarında problemlər yaşanmışdı:

“Qeyd etdiyim kimi, bir sıra satıcılar mənzilləri satmamaq barədə qərar veriblər. Sabitləşmə gözləyirlər. Gələn alıcılar lazım olan qiymətə mənzil tapa bilmirlər. Söhbət orta və ucuz mənzillərdən gedir. Bu da bəzi hallarda manatla ifadədə evlərin qiymətinin artımına səbəb olmuşdu. Ancaq ümumi olaraq manatla qiymətləri sabit kimi qəbul etmək olar. Lakin dollarla ifadədə son yarım ildə qiymət azalması müşahidə edirik. Bu müddətdə dolların məzənnəsi həm də 10%-dən çox bahalaşıb”.

O ki qaldı bazarda təklifin nə zaman artacağına,R.Əliyev deyir ki, bunun üçün şərtlər olmalıdır:

“Daşınmaz Əmlak bazarında yaxın dövrdə təklif artımı gözlənilmir. Manatın məzənnəsində sabitlik yaranmalıdır. Bu satıcıların bazara qayıtmasına stimul yaradacaq. Son zamanlar mənzil satanların əksəriyyəti pula ehtiyac olduğu üçün bu addımı atanlardır. Ehtiyacı olmayanlar gözləmə mövqeyində dayanıblar”.

Ekspertin deyir ki, qıtlığın aradan qaldırılması zaman alacaq:

“İstənilən halda bazarda bahalaşmanı şərtləndirdən amil yoxdur. Təkliflə bağlı problemlər müvəqəti xarakter daşıyır. Bunun bazarda bahalaşma yaratması inandırıcı görünmür. Əksinə, hesab edirik ki, dollar ifadəsində qiymət azalmasının qarşısını ala bilən amillər hazırda yox dərəcəsindədi. Nə üçün məhz dollar ifadəsində? Çünki manat qiymətlərinin gələcək taleyi məzənnədən çox asılı olacaq.”.

Son xəbərlər
Digər xəbərlər