12 C
Baku
Friday, March 13, 2026

Mənzil İnşaatı Dövlət Agentliyində yeni təyinat

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində yeni kadr təyinatı olub.

Banker.az xəbər verir ki, Toğrul Hüseynov “MİDA”nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Toğrul Hüseynov 2025-ci ilin oktyabr ayından 2026-cı ilin mart ayınadək Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində Beynəlxalq əlaqələr və strateji planlaşdırma departamentinin rəhbər müavini vəzifəsində çalışıb.

O, 2015–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini tamamlayıb.Toğrul Hüseynov 2019–2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment – İnnovasiyaların və layihələrin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər