13 C
Baku
Tuesday, May 7, 2024

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənfəəti kəskin azalıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2021-ci ili 1 milyon 509 min manat mənfəətlə başa vurub.

Banker.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, MİDA öncəki ildəki kimi dövlətdən 2.1 mln. manatlıq yardım əldə edib.

Onun ümumi və inzaibati xərcləri 10 faiz artaraq 3 milyon 440.3 min manat maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri iki dəfədən çox artaraq 1 milyon  317 min manat olub.

Xərclərin artması və dövlət yardımının dəyişməz qalması onun əməliyyat zərərini 2 milyon 358 min manata qədər yüksəldib.

MİDA 2021-ci il ərzində 10 milyon 176.4 min manatlıq maliyyə gəliri əldə etdiyi halda, 10 milyon 293.4 min manat mənfəət və ya zərərdə ədalətli dəyərlə əks etdirilən kreditlərin ədalətli dəyəri üzrə zərər etmiş və eləcə də 4 milyon 293.4 min manatlıq diskontoun amortizasiyasından vəsait əldə edib.

Beləliklə, 2021-ci ildə 1 milyon 509.2 min manatlıq xalis mənfəət əldə edib.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.

321312312312123

Son xəbərlər
 ⁠
Digər xəbərlər