15 C
Baku
Friday, May 3, 2024

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xalis mənfəəti 5 dəfədən çox artıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2022-ci ildə dövlətdən yardım almasa belə, 8 milyon 173 min manat xalis mənfəət əldə edib. 

Banker.az bunu MİDA-nın illik audit hesabatına istinad edir. 

Bu da illik müqayisədə xalis mənfəətin 5.4 dəfə artım deməkdir. 

Hesabatda qeyd edilir ki, MİDA 2021-ci ildə dövlətdən 2.1 mln. manat həcmində yardım alsa da, 2022-ci ildə bu ümumiyyətlə baş tutmayıb.

Agentlik ümumi və inzibati xərclərə 3.69 mln. manat xərc çəkib (2021: 3.44 mln. manat).

 

Screenshot 2023 07 07 124348

Son xəbərlər
 ⁠
Digər xəbərlər