Müştərilərinə müstəsna olaraq rəqəmsal formatda xidmət edən Avstraliyanın Ubank bankı müştərilərinə yeni xidmət təklif edib. Belə ki, RoboChat robotu sayəsində müştərilər mənzil kreditini daha asanlıqla əldə edə biləcək.
Banker.az saytı xəbər verir ki, virtual köməkçi daşınmaz əmlak nümunəsi əldə etmək arzusunda olan şəxslərə vəsaitlərin əldə edilməsi üçün online ərizənin doldurulmasına kömək edəcək. IBM Watson Conversation platformasından istifadə edilməsi sayəsində robot müştəri ilə danışıq dilində ünsiyyət qura, ipoteka kreditləşməsi ilə bağlı 40 əsas suala cavab verə bilər. Bankın dəstək xidmətinə edilən minə yaxın müştəri müraciətlərinin təhlil edilməsi nəticəsində belə bir nəticəyə gəlmək mümkün olub.
RoboChat robotunun imkanlarına baxmayaraq, bank müştərilərə telefon danışığı, elektron məktublaşma və online çat vasitəsilə xidmət edilməsindən də imtina etməyəcək.