16 C
Baku
Monday, October 21, 2024

Mənzillərin sığortasına maraq azdır – VİDEO

Avtomobillər kimi mənzillər də icbari qaydada sığorta edilməlidir. Statistik rəqəmlər göstərir ki, avtomobillərin icbari sığortası ilə müqayisədə mənzillərin  sığortalanması sahəsində  vəziyyət ürəkaçan deyil.

Mənzillərin icbari sığortasının geniş yayılmadığını statistik rəqəmlər də göstərir. Maliyyə Nazirliyinin məlumatına görə yaşayış evlərinin və mənzillərinin təxminən 10 faizi sığortalanıb. Yəni daşınmaz əmlakın icbari sığortası haqqında qanuna 90 faiz əməl olunmur.

Mütəxəssislər bildirir ki, buna səbəb əmlak sahiblərini sığortaya təşviq edən mexanizmdəki çatışmazlıqlardır.

Mənzillərin icbari sığortasına marağı artırmaq üçün ekspertlərin təklifləri var. İlk növbədə insanlar arasında icbari sığortanın əhəmiyyəti barəsində təbliğat aparılmalıdır. Digər tərəfdən yumşaq məcburetmə tədbirlərindən də istifadə etmək olar.

Mənzillərin sığortasına görə illik sığorta haqları isə olduqca azdır. Sığorta haqları paytaxt və bölgələrdə fərqlidir

Sumqayıt, Naxçıvan və Gəncədə illik sığorta haqları 40 manat, digər bölgələrdə isə 30 manat təşkil edir.

[su_youtube url=”https://www.youtube.com/watch?v=iO5uomozMhI”]

milli.az,xəzərxəbər

Son xəbərlər
Digər xəbərlər