25 C
Baku
Saturday, April 27, 2024

Məqsədə çatmağın açarı nədir?

Müəllif: Fərdi İnkişaf üzrə Təlimçi Vüsal Nadiroğlu

Həyat məqsədimizi təyin etdikdən sonra hərəkət etmək lazımdır. Amma davamlı və daim ümidli hərəkət. Məqsədimizə çatmağın açarı da məhz nikbin halda davamlı çalışmaqdır.

İnsan elə bir varlıqdır ki, müxtəlif düşüncə və hallara düşə bilir. Bir gün ərzində müxtəlif hadisələr, insanlar, zaman və s. bizə təsir edir. Müsbət vəya mənfi. Amma çox zaman mənfi təsirlər üstünlük təşkil edir. Bu da insanların çoxunun mənfi hadisələri qabartmasından irəli gəlir.

Çünki bizlərə hələ aydın olmayıb ki, bu həyatda hər sevincin,uğurun yanında əziyyət var. Elə bilirik ki, uğurlu insanlar əlləri cibində zirvələrə çatıblar. Bu çox yalnışdır. Bu dünyanın özünəməxsus qayda- qanunları var. Bu həmişə belə olmuş və belə də olacaqdır. Kim hansı səviyyədə uğura çatmaq istəyirsə, o qədər də çalışmalıdır. Başqa yolu yoxdur. Yəni hər böyük hədəfə uyğun böyük əzm, hər kiçik hədəfə uyğun kiçik əzm. Bu bir qanundur. Dəyişiklik olmaz bu qanunda. Çünki yaşadığımız dünyanın ən mühüm prinsipi budur.

Yəni yaradılış fəlsəfəsində bu vardır. İnsan bu dünyada necə yaşayacaqsa, axirət aləmində də hədiyyəsini elə alacaq. Nəfsinə hakim olan insanın mütləq nicat tapacaqdır.( Qurani Kərim). Nəfsə hakim olmaq da əzm,çalışmaq istəyir.

Çoxumuz həvəsdən düşürük, işlərimizi yarıda qoyuruq, özümüzə güvənimiz zəifləyir və beləliklə məqsəddən vaz keçirik. Deyirik ki, bu məndə alınmaz.

Müxtəlif səbəblər gətiririk. Bir növ özümüzü aldadırıq. Özümüzə inandırmağa çalışırıq ki, mən bacarıqsızam. Halbuki uğur qazanmağımıza mane olan ən mühüm səbəbin həvəsdən düşməyimizin olduğunu anlamaq istəmirik.

Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandi:

“Böyük bir qabiliyyətli insan deyildim.Mənim qədər cəhd edən,bəslədiyim ümidi bəsləyən hər insanın bu nailiyyətimi əldə edə biləcəyindən heç şübhəm yoxdur”.

Buna bənzər sözlər digər uğurlar insanlar da söyləyiblər. Görürsünüzmü, aforizmdə xüsusi bir qabiliyyət qabardılmır. Nə də bu təvazökarlıq da deyil.

Tam həqiqətin özüdür. Çünki günümüzdə müxtəlif sahələr üzrə o qədər mütəxəsəssislər vardır ki, məhz özünə inam, cəsarət, davamlı çalışmaq xüsusiyyəti yetərli deyildir. Ona görə də lazımi uğuru əldə edə bilməyiblər.

Deməli kamil mütəxəssisdə həm təhsil, həm də davamlı çalışmaq,inam,cəsarət olmalıdır. Yəni həm beyin, həm də qəlb parallel olaraq uğura hazırlaşmalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər