“Hazırda üç istiqamətdə layihələr reallaşdırırıq. Onlardan biri də “Bir ev-bir stansiya” layihəsidir”. Bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.
A.Bədəlov deyib ki, hazırda analoji stansiyalar 19 müəssisə və evdə tətbiq edilir: “Biz ABŞ-ın Enerji Agentliyi ilə də əməkdaşlıq edirik. Bu gün biz Amerika texnologiyalarını Azərbaycana gətirmək, həmçinin, bununla ucuz kreditləri Azərbaycana gətirmək istəyirik”.
A.Bədəlov, həmçinin Pirallahı elektrik stansiyası haqqında da danışıb: “Bu layihə dəniz üsulu ilə həyata keçirilsə, dəyəri 1 mlrd. dollar olacaq. Amma hazırda tətbiq edəcəyimiz üsulla bu layihə 450 mln. dollara başa gələcək. Məqsədimiz dövlət xərclərini azaltmaqdır. Ona görə investisiya şirkətlərini cəlb edirik. Çin və başqa ölkələrin şirkətləri buna maraq göstərir”.
Report