15 C
Baku
Friday, March 29, 2024

Məqsədinizə çatmaq üçün bu 4 vərdişdən qurtulun

Sahibkar və milyarder Rey Dalionun tövsiyələri. 

“Seçdiyiniz hədəflər istiqamətinizi müəyyənləşdirir. Hər zaman mümkün olan variantlardan ən yaxşısını seçmək lazımdır. Sizin əsas vəzifəniz onu tapmaq və izləməyə cəsarət etməkdir”, – Rey Dalio. 

Eyni anda hər şeyi əldə etməyə çalışmaq

Əvvəlcə ən çox nə istədiyinizi qərar verməlisiniz. Yəni bir şeylərə daha çox diqqət yetirmək, digərlərindən isə imtina etmək. Həyat alternativ yeməklərlə dolu olan İsveç masası kimidir – siz heç vaxt hər şeyi dada bilməyəcəksiniz. Buna görə istədiyinizi əldə etmək üçün bəzi şeylərdən imtina etmək lazımdır. 

Bəziləri başlamadan belə məğlub olurlar, çünki yaxşı seçimdən imtina etməkdən qorxaraq eyni anda bir çox məqsədə çatmağa çalışırlar. Və sonda demək olar ki, heç nəyə nail olmurlar. 

 

Müxtəlifliyin sizi iflic etməsinə imkan verməyin. 

Dalio özü maliyyə dünyasında karyerasına çox erkən başlayıb: on iki yaşında ilk səhmlərini alıb, iyirmi yaşında Harvard Biznes Məktəbini bitirib, iyirmi altı yaşında isə öz evində Bridgewater Associates şirkətini qurub. Bu gün o, dünyanın ən böyük “hedge” fondlarından biridir. 

Məqsədləri istəklərlə səhv salmaq

Düzgün məqsəd – həqiqətən nail olmalı olduğunuz bir şeydir. İstəklər – bunu etməyinizə mane olan faktorlardır. Məsələn, məqsədiniz yaxşı fiziki formaya sahib olmaqdır, istəyiniz isə dadlı və zərərli yeməklər yemək.

“Məni səhv başa düşməyin, amma əgər divandan durmayan tənbəl biri olmaq istəyirsinizsə, buyurun. Məqsəd – seçimdir. Yox, əgər istəmirsinizsə, yeni aldığınız çips paketinin ağzını açmayın”, – Rey Dalio. 

Lakin karyeraya gəldikdə, istəklər və hədəflər sinxsronizasiya edilə bilər. Məsələn, daha çox masa arxasında oturmaq deyil, insanlarla işləmək istəyirsiniz. Və bununla yanaşı, yerli cəmiyyətdə bir şeyi dəyişdirməyə çalışırsınız. Bu halda, hər iksini edə biləcəyiniz iş axtarın. 

Məqsədləri arzularla uzlaşdıraraq, həyatdan nə istədiyini müəyyənləşdirin. Yalnız bu zaman həyatınız dolğun olacaq. 

Mükafat axtarmaq

Motivasiya yalnız maliyyə ilə əlaqəli olmamalıdır. Uğurun xarici atributlarını müvəffəqiyyətin özü ilə qarışdırmayın. Bəli, nailiyyətlər üçün səy göstərmək vacibdir. Lakin yalnız bahalı ayaqqabı və ya maşın haqqında düşünənlər nadir hallarda xoşbəxt olurlar. Onlar sadəcə nə istədiklərini bilmirlər. 

Bir çox müvəffəqiyyətli sahibkarlar da söyləyir ki, onları pul deyil, özünü realizə motivasiya edir: məsələn, Tim Kuk, Riçard Brenson və Uorren Baffet. 

Xəyallara sərbəstlik verməmək

Özünüzü və xəyallarınızı məhdudlaşdırmayın. Əlbəttə, istisnalar var. Məsələn, boyunuz qısa olduğu təqdirdə basketbol komandasının aparıcı oyunçularından biri olmağınız mümkün deyil.Və ya 70 yaşınız varsa dörd dəqiqəyə yarım kilometr qaçmağınız çətin ki, reallaşsın. 

Nəyin mümkün olub-olmadığını yalnız siz müəyyən edirsiniz. Unutmayın ki, gözləntilər böyük imkanlar yaradır. Əgər məqsədlərinizi sahib olduğunuz bacarıqlarla məhdudlaşdırsanız, plankanız aşağı düşəcək. 

 

 

 

Son xəbərlər
Digər xəbərlər