6 C
Baku
Sunday, December 15, 2024

Mərakeş 18 illik fasilədən sonra İraqdakı səfirliyini yenidən açıb

Mərakeşin Bağdaddakı səfirliyi 18 illik fasilədən sonra şənbə günü yenidən açılıb. Mərasimdə krallığın və respublikanın xarici işlər nazirləri Nasser Burita və Fuad Hüseyn iştirak ediblər.

Şimali Afrika Krallığının Xarici İşlər Nazirliyinin rəhbəri iraqlı həmkarını “Mərakeşin İraqın birliyi və suverenliyinə dəstək verəcəyinə” əmin edib. Müşahidəçilərin fikrincə, Buritanın səfəri böyük əhəmiyyət kəsb edir və Mərakeş ilə İraq arasında münasibətlərdə yeni mərhələ açıb.

“Bu, Mərakeşin yeni İraqa etimadının mühüm əlamətidir”, – Mərakeş diplomatiyasının rəhbəri səfərindən və səfirliyin açılmasından danışarkən vurğulayıb.

Qeyd edək ki, Mərakeşin Bağdaddakı səfirliyi İraqda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar 2005-ci ildə bağlanıb.

Son xəbərlər
Digər xəbərlər