İsrail ordusunun Baş qərargahının rəisi Aviv Koxavi Mərakeşdə bir sıra görüşlər keçirib.
İsrailli generalı Rabatda müdafiə naziri, baş qərargah rəisi və hərbi kəşfiyyatın rəisi qəbul edib. Mərakeş ordusunun Baş qərargahının yaydığı məlumatda bildirilir ki, görüşdə İsrailin müdafiə sənayesi məhsullarına maraq ifadə olunub. Tərəflər texnologiya və təcrübə mübadiləsinə dair müzakirələr aparıb.
Qeyd edək ki, mart ayında ölkəyə gələn İsrail heyəti ilə əməkdaşlıq haqqında protokol imzalanmışdı. Protokol müştərək komissiyanın yaradılmasını nəzərdə tutur.