Mərakeşin Məhəmmədiyyə şəhərində qaz anbarı yanıb. “Hespress” agentliyinin məlumatına görə, müəssisədə baş verən yanğın nəticəsində bir neçə partlayış baş verib. Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Agentliyin mənbələrinin məlumatına görə, yanğına qaz sızması səbəb olub. Partlayışlardan sonra yanğın sahəsi iki dəfə artıb, onun dəqiq ölçüləri verilmir. Hadisə yerində olan hər birinin həcmi 8 ton olan 7 tankerdən beşi yanıb, prokurorluq və yerli hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.