Yaxın vaxtlarda Mərkəzi Asiya regionunun bütün dövlətlərinin başçıları Çinə səfər edəcəklər.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, liderlər Çin-Mərkəzi Asiya sammitində iştirak edəcəklər.
Çin Sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi, Qırğızıstan Prezidenti Sadır Japarovu, Özbəkistan Prezidenti Şavkat Miriziyoyevi, Tacikistan Prezidenti Emoməli Rəhmonu, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovu mayın 16-dan 20-dək Çinə dövlət səfərinə dəvət edib.