9 C
Baku
Sunday, November 17, 2024

Mərkəzi Asiya ilə Türkiyə arasında daşınan yüklərin 50 faizindən çoxu Bakı limanına cəlb oluna bilər

Azərbaycan Türkiyə ilə əməkdaşlıq çərçivəsində Bakı limanına 60 min ədəd təkərli texnika (TIR) cəlb etməyi planlaşdırır.

Bunu bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının strateji planlaşdırma və inkişaf departamentinin rəisi Xudayar Həsənli jurnalistlər üçün təşkil olunan treyninqdə deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında təkərli texnika axını təxminən 120 min ədəd təşkil edir.

“Hazırda bu TIR-larin təxminəm 20-25 faizi Azərbaycanın payına düşür. Gələcəkdə Türkiyə tərəfi ilə əməkdaşlıq çərçivəsində Bakı limanına 50 faiz və ya 60 min TIR cəlb etmək planlaşdırılır” – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər