18 C
Baku
Sunday, September 8, 2024

Mərkəzi Avropanın bir sıra ölkələrində yoxsulluq səviyyəsi artıb

Mərkəzi Avropanın bir sıra ölkələrində qiymət artımı və artan inflyasiya yoxsulluq həddindən aşağı gəlirləri olan ev təsərrüfatlarının sayını əks etdirən diaqram əyrisinin yüksəlişinə səbəb olub.

Banker.az xəbər verir ki, “Vışeqrad qrupu”na daxil olan ölkələrdə (Çexiya, Slovakiya, Macarıstan və Polşa) bu göstəricilər 14-16 faiz diapazonuna çatıb. Məsələn, ötən ilin sonunda yoxsulluq həddindən aşağı gəliri olan çex ev təsərrüfatlarının xüsusi çəkisi 9 faiz idisə, indi bu rəqəm 16 faizdir. Macarıstanda vəziyyət bir qədər yaxşıdır – artım 14 faizdə dayanıb. Polşa və Slovakiya hardasa ortadadır – bu iki ölkədə yoxsul ailələrin nisbəti 15 faizə yüksəlib. Mütəxəssislər bu ölkələrdə yoxsulluğun artmasını mənzil, enerji daşıyıcıları və qida məhsullarının bahalaşması ilə əlaqələndirirlər.

Bütün bu dörd ölkədə ən həssas əhali qrupu tək pensiyaçılar və tək valideynlərdir. Ölkənin uşağı olmayan yetkin sakinləri yoxsul vətəndaşlar kateqoriyasına düşmək təhlükəsinin öhdəsindən daha yaxşı gəlirlər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər