1 oktyabr 2020-ci il tarixinə əhalinin banklardakı əmanətlərinin həcmi 7 834.2 mln manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik göstəricilərə istinadən xəbər verir.
1 sentyabr 2020-ci il tarixinə isə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 7 874.4 mln manat olub ki, bu da aylıq müqayisədə əmanətlərin 0.5% azalması deməkdir.
Bu ilin əvvəlinə isə banklardakı əmanətlərin həcmi 8 637.9 mln manat olub. Belə ki, ilin əvvəli ilə müqayisədə əmanətlərin həcmi 803.7 mln. manat və ya 9.3% azalıb.