Mərkəzi Bank əsas vəsaitlərini sığortalayır.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas vəsaitlərin sığortalanması xidmətlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.
Məlumata görə, satınalmanın qalibi “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilə üzrə xidmətlərin ümumi məbləği 205.649,35 manat təşkil edir.
Qeyd edək ki, sığorta xidməti Mərkəzi Bankın balansında olan əsas vəsaitlərin risklərdən qorunmasını əhatə edir.






