Mərkəzi Bank Oracle lisenziyalarının satın alınması üçün 1.5 mln. manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Oracle lisenziyalarının satın alınması ilə bağlı keçirdiyi tender müsabiqəsinə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olub.
Mərkəzi Bank ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 1 511 972 manat təşkil edir.







