Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
21.12.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 15 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 581,7 mln. manat, hərracın nəticəsində cəlb edilmiş vəsaitlərin həcmi 100 mln.manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir.