Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Beynəlxalq Bankına (ABB) 3 mlrd. manat məbləğində kredit ayırıb. Bu barədə AMB-nin İdarə Heyəttinin sədri Elman RüstəmovHaqqin.az. internet portalına məlumat verib.
“İlin sonuna qədər AMB-yə ayrılan vəsaitlərin həcmi 3 mlrd. manat təşkil edəcək,bunun 2 mlrd. manatı artıq ABB-yə daxil olub”,- deyə E.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, AMB SOCAR şirkətinə (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ölkənin qazlaşdırılması layihəsini həyata keçirmək üçün 0,5 mlrd. manat məbləğində kredit verib.
E.Rüstəmov əlavə edib ki, AMB iqtisadiyyatın maliyyə resurslarına olan tələbatı ödəmək üçün lazımi addımlar atır. “ Təkcə son dövrlər ərzində biz 700 mln. manat məbləğində svop əməliyyatlar həyata keçirmişik”,- deyə AMB rəhbəri qeyd edib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur