Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarlarına əsasən, “Payriff” QSC və “Greentek Group” MMC-yə elektron pul təşkilatı, “Fizza Pay” MMC və “Kabox” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.
Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilib.
“Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir”, – deyə məlumatda qeyd olunub.