10 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank 2022-ci il üzrə dollar/manat məzənnəsi barədə gözləntisini bəyan etdi

Gələn il Azərbaycanda manatın ABŞ dollarına qarşı “lövbər” məzənnədə qalması növbəti ildə dəstəklənəcək.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

AMB qeyd edilir ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir.

“Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır” – deyə, Bəyanatda deyilir.

Requlyator əlavə olaraq onu da deyir ki, qəbul edilmiş makroiqtisadi çərçivə və tədiyə balansının profisitinin dəstəklədiyi əsas lövbər manatın məzənnəsinin dayanıqlığı cari ildə inflyasiya idxalını əhəmiyyətli dərəcədə neytrallaşdırıb.

2021-ci ilin ötən dövründə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışıb. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta hərraclarında  tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunmunub. Hesabat dövründə profisitli tədiyə balansı və strateji valyuta ehtiyatlarının artması şəraitində gözləntilərin yaxşılaşması da valyuta bazarına sabitləşdirici təsir göstərib. İlin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 70%-də təklif tələbi üstələyib.

Manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi 2021-ci ildə də banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın trayektoriyada formalaşıb.

 

Son xəbərlər
Digər xəbərlər