Mərkəzi Bank: 2023-cü ilin 3-cü rübündə ticarətdə iqtisadi aktivlik azalıb

Azərbaycanda 2023-cü ilin üçüncü rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin üçüncü rübü üzrə “Sahələrarası maliyyə axınlarınının təhlilinə dair hesabat”ında bildirilir.

Ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.4%-i təşkil etməklə 7.2 mlrd. manat, qeyri-ticari sektorda isə 80.6% təşkil etməklə 29.7 mlrd. manat olub.

“Bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilmişdir”- deyə, AMB-nin hesabatında bildirilib.

Ümumi ödəniş daxilolmalarında ticari və qeyri-ticari sektorların payını göstərən aylıq zaman sırasın aid dinamika aşağıdakı verilmişdir. Ticari və qeyri-ticari sektorların nisbəti mühüm mikro və makroiqtisadi dəyişənlərlə yanaşı mövsümilikdən də əhəmiyyətli təsirlənir. Qrafikdən göründüyü kimi cari ildə əvvəlki illərlə müqayisədə ticari sektorun payında artım dinamikası müşahidə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər