27 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100856S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.
MBNP tərəfindən həmçinin 24 aprel 2017-ci il tarixində Mərkəzi Bankın tədavül müddəti 28 gün və hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100756S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.