-3 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank 30 mln. manatlıq not yerləşdirib

18 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50202196S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 98.8468 (5%) və 99.3164 (2.95%) olan 13 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165,681,500.00 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3049 (3 %), orta ölçülmüş qiyməti isə 99.3101 (2.98%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 11.07.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər