2022-ci il üzrә sığorta sektorunun fәaliyyәti 19 sığortaçı, 1 tәkrarsığortaçı, 1 müştәrәk
sığortaçı, 29 sığorta brokeri vә 652 sığorta agenti vasitәsilә tәmin edilib.
Bu barədə Banker.az 2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinad edir.
2022-ci il üzrə sığorta haqları əvvəlki illə müqayisədə 15% artaraq 969 mln. manat,
sığorta ödənişləri isə 6% azalaraq 434 mln. manat təşkil edib.
Həyat sığorta şirkətləri üzrə sığorta haqlarında artım 30%, qeyri-həyat sığorta şirkətləri üzrə isə 2% təşkil edib.
Hesabat dövründə Mərkəzi Bank tərəfindən 4 sığortaçıda, 1 sığorta agentində, 2 sığorta və təkrarsığorta brokerində növbəti hərtərəfli yoxlamalar keçirilib.