7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank 500 nominallı “kağız pul” ilə bağlı açıqlama verdi

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanının” təsvirlərinin yayılmasına dair Azərbaycan Mərkəzi Bankından cavab gəldi.

Banker.az xəbər verir ki, AMB müraciətində qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və “Mərkəzi Bank Haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

“Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyildir” -deyə açıqlamada deyir.

Requlyator vətəndaşları bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarına dair məlumatları Azərbaycan Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər