Azərbaycan Mərkəzi Bankı 6 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Bu barədə tənzimləyici qurumun məlumatında bildirilir.
Məlumata görə, bununla bağlı qərar avqustun 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.