10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank 75 milyon manatlıq not satacaq

2016-ci ilin 10 noyabr tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Banker.az BFB-istinadla xəbər verir ki, Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si 50100252S
Hərraca çıxarılan həcm 75  000 000 AZN
Bir notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti 27  gün
Ödəmə tarixi 07 dekabr  2016-cü  il

 

AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı  (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Son xəbərlər
Digər xəbərlər