7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank “AB Standard”ın şirkətlərinə qarşı iddia qaldırıb

Azərbaycan Mərkəzi Bankı vaxtı ilə ölkənin bank və sığorta bazarında böyük paya sahib olan “AB Standard” QSC-nin tərəmə şirkətlərinə qarşı iddia qaldırıb.

Banker.az xəbər verir ki, AMB iki şirkət – “Standard Lizinq” MMC və onun törəməsi olan “AJC” MMC barəsində müraciət edib.

Mərkəzi Bankın iddiasında mübahisənin müqavilədən əmə gələn öhdəliklər üzrə kredit müqaviləsinə görədir.

24 sentyabr tarixində məhkəməyə Vüsalə Baxışova hakim təyin edilib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılır.

“AB Standard” QSC 2005-2008-ci illərdə Azərbaycanın iqtisadiyyat naziri kimi çalışmış Heydər Babayevə məxsus olduğu bildirilir. “AB Standard”, ləğv edilmiş QSC “Standard Bank” və “Standard Insurance” ASC kimi şirkətlərin sahibi idi.

“Standard Lizinq” MMC şirkətlər qrupu olan “AB Standard” QSC-nin üzvüdür.  Şirkət 7 iyul 2009-cu ildə dövlət qeydiyyatından keçmişdir. “Standard Lizinq” MMC-nin təsisçiləri – “Standard Kapital” MMC (99.998%) və “AB Standard” MMC (0.002%). Nizamnamə kapitalı 4 mln. ABŞ dollarıdır.

Şirkət hüquqi və fiziki şəxslərə, fərdi sahibkarlara minik və yük avtomobillərinin, avtobusların, xüsusi texnikanın və avadanlığın lizinqlə əldə edilməsi ilə bağlı xidmətlərini təklif edir.

“AJC” MMC şirkəti öz fəaliyyətini 2007-ci ildə başlamışdır. Əsəs fəaliyyət növü ofislərin, açiq və qapalı tipli anbar sahələrinin icarəyə verilməsindən və diqər loqistik xidmətlərinin, qeydiyyat (resepşn), 24 saat təhlükəsizlik, zibil aparılması, yükləmə- boşaltma, anbarın idarə edilməsi, yüklərin daşınması, yük maşınların təmiri təqdim edilməsindən  ibarətdir. Şirkətin səhmdarı “Standard Lizinq” MMC-dir. Şirkətin nizamnamə kapitalı 200 manatdır.

Son xəbərlər
Digər xəbərlər