Azərbaycan Mərkəzi Bankı dövlət bankından 2.34 mlrd. manatlıq depozit cəlb edib.
Bu barədə Banker.az Mərkəzi Bankın KPMG audit şirkəti tərəfindən verilən audit rəyində deyilir.
“11 yanvar 2022-ci ildə Bank illik 3.0 faiz dərəcəsi ilə hərracdan kənar qaydada ABB-dan 2 milyard 340 milyon manat məbləğində bir il müddətinə depozit cəlb etmişdir”- deyə, rəydə qeyd edilib.
Qeyd edək ki, ABB-nin maliyyə hesabatındakı aktivlərinə daxil olan banklar və digər maliyyə institutlarındakı depozitlərdə 2021-ci ilin I rübü ərzində 471.98 milyon manatdan 2 milyard 479.51 manata qədər yüksəlməsi qeyd edilmişdi.