22 C
Baku
Tuesday, October 28, 2025

Mərkəzi Bank: “Açıq sığortaçılıq” modelinin yaradılması planlaşdırılır

Azərbaycanda “Açıq sığortaçılıq” modelinin yaradılması planlaşdırılır

Bunu Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev bildirib.

O deyib ki, Azərbaycanda sığorta sektorunda rəqəmsallaşma istiqamətində mühüm nəticələr əldə olunub və yeni təşəbbüslər üzərində iş aparılır.

Onun sözlərinə görə, artıq avtoicbari və “Yaşıl Kart” sığorta müqavilələrinin elektronlaşdırılması, sərhəd sığortasının onlayn satış platforması vasitəsilə avtomatlaşdırılması, eləcə də vətəndaşların sığorta hadisələri tarixçələrinin elektron qaydada sorğulanması təmin edilib.

AMB rəsmisi vurğulayıb ki, qarşıdakı dövrdə müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi, “Paylaşılan Öz Müştərini Tanı” (Shared KYC) mexanizminin tətbiqi və “Açıq sığortaçılıq” modelinin yaradılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər