Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) maliyyə hesabatlarının auditinin keçirilməsi məqsədilə elan edilmiş açıq tenderin qalibinin adı açıqlanıb.
Banker.az-a Mərkəzi Bankın Tender komissiyasından daxil olan məlumata əsasən, qalib şirkət “KPMG Audit Azərbaycan” MMC-dir. Şirkətlə müvafiq satınalma müqaviləsi bağlanıb artıq.
Qeyd edək ki, AMB 2016, 2017-ci və 2018-ci ilin audit hesabatını “PwC Azerbaijan” MMC-yə həvalə etmişdi.
Lakin, “KPMG Audit” ilə AMB-nin bu ilk satınlama müqaviləsi deyil. Belə ki, 2015-ci ilin maliyyə hesabatını məhz bu şirkətə həvalə etmişdi.