Mərkəzi Bank “Azərbaycan Sənaye Bankı” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə göstəriş verib.
Banker.az xəbər verir ki, “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.