Bu ilin yanvar-iyun aylarında Azərbaycana daxil olan pul baratları 45% azalaraq 891 milyon ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
“Ölkədən çıxan pul baratlarının həcmi 254.5 milyon ABŞ dolları olub. Ölkəyə pul baratlarının 68 %-i Rusiyadan gəlib, ikinci yerdə 70.7 milyon ABŞ dolları ilə Türkiyə qərarlaşıb. Ölkədən çıxan pul baratlarında birinci yerdə Türkiyə (64.6 milyon ABŞ dolları), ikinci yerdə Rusiya (38.5 milyon ABŞ dolları) olub”, – S. Nəsirov deyib.
Onun sözlərinə görə, ümumilikdə pul baratlarında profisit 2022-ci ilin 6 ayı ilə müqayisədə 51% azalıb.