15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda banklar investisiya xidmətləri göstərəcək

Azərbaycanda banklar investisiya xidmətləri göstərə biləcək.

Bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktor müavini Samir İsmayılov deyib. O bildirib ki, maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üçün bankların kapital bazarında iştirakı nəzərdə tutulur: “Banklar da artıq kapital bazarında xidmətlər göstərə biləcəklər. Bu isə regionlarda həm emitentlərin, həm investorların kapital bazarında iştirakını daha da genişləndirəcəkdir. Bu istiqamətdə aktiv işlər aparılır”.

S.İsmayılov əlavə edib ki, bankların göstərəcəyi investisiya xidmətələrinin dairəsi isə AMB İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər