Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında 10 milyard 330.9 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.5 dəfə çoxdur.
Ümumi qalıq xarici ticarət balansındakı 13 milyard 022.4 milyon dollarlıq qalıq (3,7 dəfə çox), xidmətlər balansındakı 1milyard 331.7 milyon dollarlıq kəsir (2.4 % çox), ilkin gəlirləri balansındakı 2 milyard 653.5 milyon dollarlıq kəsir (4.8 dəfə çox) və təkrar gəlirlər balansındakı 1 milyard 293.7 milyon dollarlıq qalıq (5.9 % çox) hesabına formalaşıb.