9 C
Baku
Sunday, November 17, 2024

Mərkəzi Bank “Azərikard”da nöqsanlar aşkarladı, məcburi göstəriş verdi

Ödəniş sistemlərinin sabit, davamlı və etibarlı fəaliyyətinin təşkili, habelə ödəniş xidmətlərindən istifadə edən isteklakçıların hüquqlarının qorunması Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aparılan nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması həyata keçirilir.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

6 yanvar 2024-cü il tarixində “Azərikard” MMC-də baş vermiş insidentlə əlaqədar olaraq Mərkəzi Bank tərəfindən aparılmış yoxlama və təhlillər nəticəsində “Azərikard” MMC-nin fəaliyyətində nöqsanlar müəyyən edilmiş və müvafiq çatışmazlıqların aradan qaldırılması üçün “Azərikard” MMC-yə icrası məcburi göstəriş verilib.

 

Son xəbərlər
Digər xəbərlər