Azərbaycan Mərkəzi Bankı tərəfindən elektron pul təşkilatı “Azvvallet” MMC barəsində icrası məcburi olan göstəriş verilib.
Bu barədə Banker.az-a AMB-dən məlumat daxil olub.
Məlumata görə, AMB tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3 maddəsi üzrə nəzərdə tutulan ekvayrinq xidmətinin dayandırılması barədə “Azvvallet” MMC-yə icrası məcburi olan göstəriş verilib.
Xatırladaq ki, “Azvvallet” MMC 2024-cü ilin yayında təsis edilsə də, 09.04.2025-ci il tarixdə Mərkəzi Bankdan lisenziya əldə edib. Onun lisenziyasına ödəniş əməliyyatının ekvayrinqi, pul köçürməsi və elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası daxildir. Hazırda 817 662 manat nizamnamə kapitalı var.







