1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank “Bakı Sığorta”nın lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Sığorta”nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.

“”Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq”, – deyə AMB-dən əlavə edilib.

Son xəbərlər
Digər xəbərlər