Azərbaycan Mərkəzi Bankı “Yelo Bank” ASC-yə icrası məcburi göstəriş verilib.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 10.6-cı maddəsinin tələbinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Yelo Bank” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.