11 C
Baku
Tuesday, February 4, 2025

AMB banka məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı “Accessbank” QSC-yə icrası məcburi sərəncamın verilməsi barədə qərar qəbul edib.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

“Accessbank” QSC tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilmədiyinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Accessbank” QSC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Son xəbərlər
Digər xəbərlər