6 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank banklardan 100 mln. manat cəlb edib

9 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101096S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351 (6.01%) olan 25 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 967,804,500.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 (6.01%) , orta ölçülmüş qiyməti isə 99.5351 (6.01%) müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 06.04.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər