16 C
Baku
Thursday, April 25, 2024

Mərkəzi Bank: banklardan kənarda olan nağd pulun həcmi 12.5 milyardı ötüb

Azərbaycan Mərkəzi Bankı açıqlayıb ki, 1 noyabr 2022-ci il tarixinə olan göstəriciyə görə, Azərbaycanda banklardan kənarda nağd pul kütləsinin (banknot və qəpiklər) həcmi 12.5 mlrd. manatı keçib.

Banker.az xəbər verir ki, qeyd edilən tarixdə banklar kənarında nağd pul (M0 adlanır) 12 milyard 542.8 milyon manat təşkil edib.

Bu da son bir ayda 2%, ilin əvvəlindən 14.6% artım deməkdir. İlin əvvəlindən ölkə ərazisində banklardan kənarda olan nağd pulun həcmi 1 mlrd. 602 mln. manat artıb.

Ümumilikdə geniş mənada pul kütləsi (M3) son bir ayda 2.6% artaraq 41 mlrd. 178.2 mln. manat olub.

3243423432432423

Bu pul aqreqatlarıdır və bu pul kütləsinin struktur göstəriciləridir. Bir-biri ilə likvidlik səviyyəsinə görə (tez bir zamanda nağd pul vəsaitinə çevrilə bilmə imkanına görə) fərqlənən pul və pul vəsaitlərinin növləri pul aqreqatları adlanır.

Pul aqreqatları özlüyündə ierarxik sistemi təcəssüm etdirir – hər növbəti aqreqat əvvəlki aqreqatı öz tərkibinə daxil edir.

Müxtəlif ölkələrdə pul aqreqatları müxtəlif tərkib ilə fərqlənir. BVF bütün dünya ölkələri üçün ümumi M1 göstəricisinə və daha geniş göstərici olan “kvazivalyuta”-ya (təcili və əmanət bank hesabları, bazarda dövriyyədə olan daha likvid maliyyə alətləri) malikdir.

Azərbaycan Mərkəzi bankı M0, М1, М2, М3 pul aqreqatlarına sahibdir:

М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar).

М1 = М0 + çeklər, tələb olunanadək əmanət və depozitlər, (həmçinin bank debet kartları), təşkilatların hesablarındakı milli valyuta qalıqları.

М2 = М1 + təcili yatırımlar.

М3 = М2 + əmanət yatırımları, sertifikat və dövlət istiqrazları.

Bir sıra ölkələrdə əlavə olaraq M4 aqreqatı da istifadə olunur. Məsələn, Böyük Britaniyada M4 aqreqatı özündə dövriyyədə olan nağd valyutanın həcmini, banklar tərəfindən verilmiş kreditlərin ümumi məbləğini, həmçinin dövlət borclarının məbləğini birləşdirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər