23 C
Baku
Saturday, September 28, 2024

Mərkəzi Bank beynəlxalq təşkilatlardan illik 3-4%-lə borc götürür

Bu gün Ermənistan parlamentində müxalifətçi “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Lyova Xaçatryanla iqtisadiyyat naziri Vaqram Avanesyan arasında qəribə mükalimə olub. 

Xaçatryan Avanesyandan soruşub ki, niyə Ermənistan mərkəzi bankı beynəlxalq təşkilatlardan illik 3-4%-lə borc götürür və bunu əhaliyə 25-30%-lə verir. Buna cavab verən Vaqram Avanesyan qeyd edib ki, Ermənistanda doğrudan da faizlər yüksəkdir və bunun əsas səbəbi mərkəzi bankın uçot dərəcəsinin yüksək olması ilə bağlıdır. “Mərkəzi Bankın əsas problemi inflyasiyadır və inflyasiyanın qarşısını almaq üçün dərəcə yuxarı müəyyən edilir”, – deyə o vurğulayıb.

Ermənistan mərkəzi bankının uçot dərəcəsi 12%-dir, bu, yetərincə yüksək səviyyədir. Müqayisə üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 4,75%-dir.

ANS

Son xəbərlər
Digər xəbərlər