11 C
Baku
Monday, September 30, 2024

Mərkəzi Bank bildirir ki, heç bir bankın likvidliklə bağlı problemi olmayıb

Azərbaycan iqtisadiyyatdına ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün kifayət qədər pul var.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumatda həmçinin deyilir ki, nağd pul kütləsinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənir: “Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, 2017-ci ildə manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb. Belə ki, 2017-ci ildə fiziki şəxslərin manatla bank əmanətləri 66,9% artıb. 2017-ci ildə Mərkəzi Bankın əsas əməliyyat hədəfi və iqtisadiyyata pul təklifinin əsas göstəricisi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir.”

AMB-dən o da bildirilib ki, həm likvidliyin verilməsi, həm də sterilizasiya alətləri daim aktiv saxlanılır. 2017-ci ildə ölkədəki heç bir bankın likvidliklə bağlı problemi olmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər