6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank bir neçə BOKT-un vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Caspian Finance BOKT”, “TCF”, “Kəpəz” və “FinEx Kredit” bank olmayan kredit təşkilatlarının vəzifəli şəxslərini cərimə edib.

Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “TCF” BOKT ASC-nin vəzifəli şəxsi, “Kəpəz” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat, “FinEx Kredit” BOKT ASC-nin vəzifəli şəxsi və “Caspian Finance BOKT” MMC-nin vəzifəli şəxsi 1500 manat cərimə edilib.

Son xəbərlər
Digər xəbərlər