Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Əsas vəsaitlərin və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.
1. Tender proseduru 13 dekabr 2023-cü il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcək.
2. İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.
3. Hesabat dövrünün sonuna İddiaçının məcmu kapitalı qanunvericiliyə müvafiq olaraq hesablanmış tələb olunan kapitalın məbləğindən az olmamalıdır.
4. Təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkəti Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilmiş təkrarsığorta şirkəti olmalıdır (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də).
5. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün ərizə;
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestridən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;
– iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın yanğından və digər risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılığın surəti;
– Tenderin Əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
– iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (Tender təklifi 13 dekabr 2023-cü il tarixindən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində təminat (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
– iddiaçının əsas vəsait və nəqliyyat vasitələrinin sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olması barədə məlumat;
– satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
– iddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış.
6. İddiaçı tender təklifini və tender təklifinin təminatını 12 dekabr 2023-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 04 dekabr 2023-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxslərinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.
7. İddiaçılar tenderdə iştirak etmək üçün Mərkəzi Bankın aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində iştirak haqqı köçürməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
kod 501004, VÖEN 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
8. Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2024-cü il tarixindən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2024-cü il tarixindən başlanılır.
9. Xidmətin göstərilməsi müddəti: 1 (bir) il müddətində.
10. Qiymətləndirmə amilləri: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri və şərtsiz azadolma məbləğləri.
11. Tenderdə iştirak etmək istəyən sığortaçılar iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxslərindən Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov (Hüquq departamenti). Telefon: 493-11-22 (428).
Şəhriyar İmanov (İnzibati və satınalmalar departamenti). Telefon: 493-11-22 (214).