22 C
Baku
Saturday, June 21, 2025

Mərkəzi Bank BOKT “Forfinance”a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Bank olmayan kredit təşkilatı “Forfinance” MMC-yə kreditlərin verilməsi, habelə BOKT-lər haqqında qanunda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verən lisenziya verilib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bununla da lisenziyalı BOKT-lərin sayı 57-yə yüksəlib.

Xatırladaq ki, BOKT “Forfinance” MMC 2025-ci ilin yanvarında 1 milyon nizamnamə kapitalı ilə yaradılıb. BOKT-nin direktoru Azər Azadov Fikrət oğludur.

 

Son xəbərlər
Digər xəbərlər